Gürcüstanda iki gənc tərəfindən yaradılan yeni sosial şəbəkə – Sevgi.Ws istifadəçilərin diqqətini cəlb edir. Platformada profil yaratmaq, paylaşım etmək, bəyənmə və şərhlərlə qarşılıqlı əlaqə qurmaq, yeni insanlarla tanış olmaq mümkündür. Layihənin əsas məqsədi rahat və mobil istifadəyə uyğun yerli sosial platforma yaratmaqdır. Sevgi.Ws-in gələcəkdə yeni funksiyalarla daha da inkişaf etdirilməsi planlaşdırılır.