Dağ hər zaman uzaqdan baxanda daha uca görünür. Yanında olanda, həmin böyüklüyü görmək olmur.Ona görə də adiləşən kimi, get, qoy səni uzaqdan seyr eləsinlər…
Heç bir insan boşuna həyatınıza girmir. Bəziləri nağıllar yaşadar, bəziləri sarsıdır! Hamınıza təşəkkür edirəm!
Yaxşı ki sən məni satmısan, mən səni satsaydım pul verməzdilər.
Hər kəsə hörmət edirəm lazim olduğu qədər yox layiq olduğu qədər
Mən o masada düşmən söylədim, dost niyə qızardı axı?..
Məsafə, hörmətsizliyə veriləcək tək cavabdır. Reaksiya vermə, mübahisə etmə, təkcə varlığını oradan uzaqlaşdır…
“Həddindən artıq məntiqli olmağa diqqət et. Dəlilər ölkəsində sağlam adamı padşah etməzlər, asarlar.”— Oldos Haksli
Bəlkə hisslərimə hakim olardım,Bilmək istəyirsən mən kim olardım?Yaxşı oxusaydım alim olardımMən şair olmazdım sən olmasaydın..
Ya olduğun kimi görün,ya da göründüyün kimi ol
Dünyada ən ağır şey çıxılmaz vəziyyətdə qalıb “nə edim?” sualının altında əzilməkdir.